27 C
Baku
Saturday, July 27, 2024

Xiaomi və Huawei yeni bluetooth qulaqlıqlarını təqdim edib

Xiaomi, “boynuna quraşdırılmış quruluş” sayəsində tək şarjla daha uzun istifadə müddəti təqdim edən Mi Neckband Bluetooth Qulaqlıq Pro’yu təqdim edib.

Banker.az xəbər verir ki, aktiv səs-küy ləğv etmə xüsusiyyəti ətrafdakı səsləri 25 dB-yə qədər boğur, ikili mikrofonlu ətraf mühitin səs-küyünü ləğv etmə xüsusiyyəti, səsli danışıqlarda yüzdə 90-a qədər səs-küyün qarşısını alır. 

xiaomi boyundan bağlamalı kulaklık

 Xiaomi bu qulaqlığının 25 dollara satışa çıxarılacağını elan edib.

Çin texnologiya şirkəti Huawei da yeni simsiz qulaqlıq “FreeBuds 4i” ni təqdim edib. 

Huawei tərəfindən edilən şərhlərə görə, FreeBuds 4i səs-küyün əksinə siqnallar yaradaraq ətrafdakı səs-küyləri aradan qaldırır. 

Huawei FreeBuds 4i

Qutuda olan qulaqlıqların cəmi 1 saata tam dolduğunu deyən Huawei rəsmiləri, məhsulun şarj qutusu ilə 22 saata qədər istifadə edilə biləcəyini bildiriblər.

Huawei’nin yeni simsiz qulaqlığı qara, qırmızı və ya ağ rənglərdə mövcuddur. 8 Mart tarixindən etibarən satışa çıxarılacaq məhsulun qiymətini 75 dollar olacağı elan edilib.

Son xəbərlər
Digər xəbərlər