3 C
Baku
Tuesday, February 27, 2024

“Xiaomi” videoyazma funksiyalı ağıllı eynək təqdim edib

“Xiaomi” şirkəti videoyazma funksiyası olan yeni məhsulunu – Mijia Glasses Camera eynəyini təqdim edib, Banker.az bu barədə xarici mediaya istinadən xəbər verir. Cihaz 100 dəqiqə fasiləsiz video çəkmək qabiliyyətinə malikdir.

Aksesuar “Qualcomm”dan səkkiz nüvəli prosessor, 3GB RAM və 32 GB daxili yaddaş alıb. Qadjet AR funksiyalarını, eləcə də bir sıra dillərdən avtomatik tərcüməni dəstəkləyir. Ağıllı eynəyin batareya tutumu 1020 mAh təşkil edir.

Cihazın qiyməti 2499 yuandan (təxminən 375 dollar) başlayır. Bildirilir ki, eynəyin pərakəndə satış qiyməti 2699 yuan (400 dollar) təşkil edəcək.

Son xəbərlər
Digər xəbərlər