17 C
Baku
Friday, April 19, 2024

“Xiaomi” yeni 13 və 13 Pro flaqmanlarını təqdim edib – Qiymətlər

“Xiaomi” Çində yeni məhsulların illik təqdimatını keçirib və flaqman smartfonlar xəttini təqdim edib. “GizmoChina”nın məlumatına görə, seriyaya “Xiaomi 13” və “Xiaomi 13 Pro” modelləri daxildir.

“Xiaomi 13” ən son Snapdragon 8 Gen 2 prosessoru, 6.36 düymlük AMOLED-ekranı, 32 Mp-lik selfi-kamera və 4500 mAh tutumlu batareya ilə təchiz olunub. İstehsalçının dediyinə görə, “Xiomi 13” modeli bir yükləmə ilə bir sutkadan çox işləyə bilir.

Banker.az bu barədə “RBC”ya istinadən xəbər verir.

“Xiomi 13 Pro” Snapdragon 8 Gen 2 prosessoru, 6.73 düymlük AMOLED E6 ekranı, 32 Mp-lik selfi-kamera və 4820 mAh tutumlu batareya ilə təchiz olunub. Yenilik dörd rəngdə bazara çıxacaq: Black, Light Green, Light Blue və White.

main

Bildirilir ki, “Xiomi 13” modeli 8/128 Gb konfiqurasiyada 574 dollar, 8/256 Gb konfiqurasiyada 617 dollar, 12/512 Gb konfiqurasiyada 718 dollar, 12/256 Gb konfiqurasiyada isə 660 dollar qiymətinə başa gələcək.

“Xiomi 13 Pro” modeli də dörd rəngdə çıxacaq. Məlumata əsasən, 8/128 Gb konfiqurasiyalı modelin qiyməti 718 dollar, 8/256 Gb konfiqurasiyalı – 776 dollar, 12/256 Gb konfiqurasiyalı – 833 dollar, ən bahalı olan 12/512 Gb konfiqurasiyalı modelin qiyməti isə 905 dollar təşkil edəcək. Hər iki smartfon 14 dekabr tarixində satışa çıxacaq.

Son xəbərlər
Digər xəbərlər