“Xiaomi” şirkəti yeni “Watch S1” saatını təqdim edib.
Banker.az “Kommersant”a istinadən xəbər verir ki, verilən məlumata görə, model iki versiyada mövcuddur – “Watch S1” və “Watch S1 Active”.
Aksesuar 1.43 düymlük AMOLED displey, GPS və NFC ilə təchiz edilib. Saat ürək döyüntülərini, qanda oksigen miqdarını və yuxu keyfiyyətini ölçür. Hər iki model “Strava” və “Apple Health” xidmətləri ilə işləyir.
“Watch S1” və “Watch S1 Active” arasında əsas fərq korpus və dizayndadır. “Xiaomi Watch S1” modelinin korpusu paslanmayan polad, bilərziyi isə təbii dəridən hazırlanıb. Yeni “ağıllı” saatın qiyməti müvafiq olaraq 269 və 199 dollar təşkil edir.