11 C
Baku
Şənbə, Noyabr 27, 2021

“Xiaomi” yeni “Hey Plus Watch” ağıllı saatını təqdim edib – Qiyməti $62

Çinin “Xiaomi” texnologiya şirkəti yeni “Hey Plus Watch” ağıllı saatını təqdim edib. Banker.az xəbər verir k, saat böyük 1.78 düymlük AMOLED-displey ilə təchiz olunub.

Yenilik yüksək keyfiyyətli alüminium ərintisindən hazırlanıb və cəmi 38 qram ağırlığındadır. O, qaçış, gəzinti, üzgüçülük, velosiped sürmə və s. kimi ən populyarları da daxil olmaqla 100-ə qədər idman rejimini dəstəkləyir. Bundan əlavə, “Hey Plus Watch” vasitəsilə “Alipay” ilə ödəniş etmək mümkündür.

h1

Ağıllı saat müxtəlif çeşiddə dəyişdirilə bilən qayışlar təklif edir. Cihazın batareyası intensiv istifadə rejimində 21 günə qədər işləyir. “Hey Plus Watch” 24 saat ərzində ürək döyüntülərini izləyir və günlük aktivliklə əlaqəli istifadəçiyə bildirişlər göndərir. Kollektiv maliyyələşdirmə mərhələsində yenilik 62 ABŞ dolları qiymətinə təklif olunur.

Son xəbərlər
Oxşar xəbərlər
X