10 C
Baku
Çərşənbə axşamı, Oktyabr 26, 2021

“Xiaomi” yeni Mi 10 Ultra smartfonunu təqdim edib

“Xiaomi” şirkətinin yaranmasından artıq 10 il keçib və bununla əlaqədar olaraq tərtibatçılar yeni Mi 10 Ultra smartfon modelini qədim edirlər. Banker.az xəbər verir ki, bu model “Xiaomi”nin ən qabaqcıl texnologiyaları ilə təchiz edilib: 120W sürətli enerji dəstəyi, 120 Hz yenilənmə sürətli displey və 120x “zoom” funksiyasına malik olan yüksək keyfiyyətli kamera.

Smartfon 120W sürətli enerji dəstəyi olan 4500 mAh batareya ilə təchiz edilmişdir. Bu, Mi 10 Ultra-nı beş dəqiqə ərzində 41%-dək, 23 dəqiqə ərzində isə 100%-dək enerji ilə doldurmaq imkanını verir. Bundan əlavə, cihaz 50W sürətli enerji dəstəyi olan simsiz zaryadka funksiyasını dəstəkləyir.

Mi 10 Ultra dörd arxa kamera ilə təchiz edilib – 48 MP, 20 MP, 12MP və 120x ultra-zoom.
120x ultra-zoom funksiyasının real həyatda nə qədər faydalı olacağı hələ məlum deyil. Xatırladaq ki, 2020-ci ilin fevral ayında “Samsung” şirkəti Galaxy S20 Ultra smartfonunda 100x yaxınlaşdırma funksiyasını tətbiq etmişdir və çoxları onu mənasız hesab etdi. Bu təcrübədən sonra “Samsung” 50x yaxınlaşdırmaya üstünlük verməyə başladı.

Qeyd edək ki, Mi 10 Ultra smartfon modeli 6,67 düymlük OLED displeyə sahibdir və bu, “Xiaomi” üçün yenilikdir. Displeydə barmaq izi sensoru quraşdırlıb, əlavə olaraq smartfon üz tanıma texnologiyası ilə təchiz edilib.

Bildirildiyi kimi, Mi 10 Ultra smartfonu Smapdragon 865 prosessorunu alacaq. Model 760 dollardan başlayan qiymətlərlə Çində avqustun 6-dan sonra satışa çıxarılacaq. Onu 8 və ya 12Gb olan iki variantda almaq mümkün olacaq.

Son xəbərlər
Oxşar xəbərlər