8 C
Baku
Thursday, March 12, 2026

“Xiaomi” yeni planşetlərini təqdim edib – Foto

“Xiaomi” yeni “Mi Pad 5” və “Mi Pad Pro” planşetlərini təqdim edib.

Banker.az bu barədə “Kommersant”a istinadən xəbər verir.

Bildirildiyi kimi, cihazların qiyməti müvafiq olaraq 308 dollar və 385 dollar təşkil edir. Yeni məhsullar bu ilin avqustunda Çində satışa çıxarılacaq.

14907afa 298c 436a a623 20e361a2157b large

Hər iki cihaz 11 düymlük (2560х1600) ekran, “Mi Pad 5” – “Snapdragon 860” ( təchiz edilib, “Mi Pad Pro” – “Snapdragon 870” prosessoru, 5G texnologiyası, 8 GB operativ yaddaş və 256 GB daxili yaddaşla təchiz edilib. Qeyd edək ki, planşetlərin həmçinin 6 GB operativ və 128 GB daxili yaddaş versiyası mövcuddur.

download 1

Bundan başqa, “Mi Pad 5” və “Mi Pad pro” 8 MP ön kamera və 50 MP arxa kamera alıb. Hər iki model “Dolby Atmos” dinamikləri ilə təchiz edilib. “Mi Pad 5” 8700 mAh, “Pro” isə 8600 mAh tutumlu batareya alıb.

Снимок экрана 2021 08 10 в 16.24.31 large

Qeyd edək ki, “Xiaomi” cihazları “MIUI For Pad” əməliyyat sistemi üzərində işləyir. Planşetlər üçün stilus və daxili klaviatura nəzərdə tutulub.

Снимок экрана 2021 08 10 в 16.23.22 large

Son xəbərlər
Digər xəbərlər