“Xiaomi” şirkəti rəsmi olaraq orta qiymət seqmentinə daxil olan yeni “Redmi 10” smartfonunu təqdim edib. Satışların başlama tarixi və cihazın qiyməti hələki açıqlanmayıb.
Banker.az xəbər verir ki, yenilik MediaTek Helio G88 prosessoru, 6.5 düymlük FullHD+ ekran, 4 GB operativ və 64 GB (və ya 128 GB) daxili yaddaş alıb. Bununla yanaşı, “Redmi 10” müasir dördlü kamera ilə təchiz olunub – 8 MP ön və 8 MP + 50 MP + 8 MP + 2 MP arxa.
“Redmi 10” smartfonunun digər xarakterik cəhətləri yaddaş kartı üçün nəzərdə tutulan microSD, FM-tüner, NFC texnologiyası, eləcə də 5000 mAh tutumlu batareyadır. Yeni cihaz bazara Android 11 əməliyyat sistemi ilə çıxacaq və şirkətin özəl tərtib etdiyi MIUI 12.5 örtüyü üzərində işləyəcək.