27 C
Baku
Wednesday, April 24, 2024

“Xiaomi” yeni “Redmi Note 12” smartfonlar xəttini təqdim edib

“Xiaomi” şirkəti yeni “Redmi Note 12” smartfonlar xəttini təqdim edib. Smartfonlar xəttinə “Note 12 5G”, “Note 12 Pro”, “Note 12 Pro+” və “Note 12 Discovery Edition” modelləri daxil olub. Məlumata görə, smartfonlar bazara  MIUI 13 interfeysli Android 12 əməliyyat sistemi ilə çıxacaq. Çində yeni cihazların qiyməti 235 dollardan başlayacaq.

Banker.az bu barədə “Kommersant”a istinadən xəbər verir.

Texniki göstəricilərə gəldikdə, təqdim olunmuş bütün modellər OLED-displey, Dolby Vision texnologiyasının dəstəyi, MediaTek Dimensity 1080 prosessoru, 4.8 Gb və ya 12 Gb operativ, 128 və ya 256 Gb daxili yaddaş alıb.

1440
Redmi Note 12 Pro

Qeyd edək ki, smartfonlar yalnız kameraları ilə fərqlənir. Məsələn, “Note 12 Pro” modeli 50 Mp, “Note 12 Pro+” və “Note 12 Discovery Edition” modelləri isə 8K çəkiliş dəstəyi olan 200 Mp kamera ilə təchiz olunub.

1443
Redmi Note 12 Pro+

“Note 12 5G” modeli istisna olmaqla, “Xiaomi”nin bütün yeni cihazları Wi-Fi 6, NFC və 3.5 mm-lik audioçıxış alıb.

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər