25 C
Baku
Saturday, July 27, 2024

Xiaomi yeni simsiz şarj cihazını təqdim edib -Video

Xiaomi “Mi Air Charge” adlanan  şarj cihazını təqdim edib.

Banker.az Türkiyə Mediasına istinadən xəbər verir ki, bu cihazı  fərqləndirən bir vacib  xüsusiyyət var. Bu xüsusiyyət, məhsulu istifadə edərkən telefonunuzla təmasa ehtiyacın olmamasıdır.

Belə ki, məhsulun iş prinsipi digər simsiz şarj cihazlarından fərqlənir. Şirkət tərəfindən edilən açıqlamalara görə, bu məhsuldan istifadə edərkən şarj cihazı ilə telefonunuz arasında əlaqə saxlamağınıza ehtiyac yoxdur. Əlavə olaraq, məhsulun ətrafında bir neçə telefon varsa, bu telefonların hamısı eyni anda yüklənə bilər.

Bəs bu texnologiya necə işləyir?

Xiaomi, bu məhsulun rəsmi saytında paylaşılan bir blog yazısında necə işlədiyini izah edib. Xiaomi-nin verdiyi açıqlamalara görə məhsul 5 fazalı anten seriyasına malikdir. Bu antenalar telefonun harada olduğunu tam olaraq müəyyənləşdirir. Cihazın ətrafında 144 anten istifadə edərək, Xiaomi bu antenalar vasitəsilə dalğaları da ötürür. Klassik simsiz şarj infrastrukturu ilə işləyən məhsul, bir neçə metr aralıda olan bir telefona 5 watt enerji yükləmə imkanı təqdim edir.

Son xəbərlər
Digər xəbərlər