12 C
Baku
Thursday, March 28, 2024

“Xiaomi” yeni simsiz siçan təqdim edib – Qiyməti $6

Çinin “Xiaomi” şirkəti yeni simsiz kompüter siçanını təqdim edib. Yenilik “Wireless Mouse Lite 2” adını alıb və birinci nəsil cihazın təkmilləşdirilmiş versiyası sayılır. Qeyd olunur ki, siçanın qiyməti ABŞ-da 6 dollar təşkil edir.

Banker.az bu barədə xarici mediaya istinadən xəbər verir.

“Wireless Mouse Lite 2” simmetrik dizaynı sayəsində həm sağ, həm də sol əllə işləyən insanlar üçün uyğundur. Siçan kompüterə USB portu vasitəsilə qoşulur. Yeniliyin ölçüləri 108.5*57.5*35.6 mm, çəkisi isə 45 qram təşkil edir.

Cihaz gündəlik istifadə üçün nəzərdə tutulub.

Son xəbərlər
Digər xəbərlər