5 C
Baku
Şənbə, Yanvar 29, 2022

“Xiaomi” yeni ultraucuz simsiz qulaqlıqlarını təqdim edib

“Xiaomi” yeni ultraucuz simsiz “Redmi Buds 3” qulaqlıqlarını təqdim edib.

Banker.az xəbər verir ki, aksesuar xarici görünüşcə məşhur “Apple AirPods”lara bənzəyir. Qeyd edək ki, bu, şirkətin oxşar dizaynda olan ilk qulaqlıqlarıdır.

Redmi Buds 3 truly wireless earbuds

Aşağı qiymətə baxmayaraq, istehsalçı texniki cəhətdən çox inkişaf etmiş cihaz təklif edir. Belə ki, “Redmi Buds 3” səs-küyün aradan qaldırılması sistemi ilə təchiz olunub. Şirkətdən verilən məlumata görə, qulaqlıqlar bir yükləmə ilə 5 saata qədər işləyir.

c2c68434c4e54b3bb77cefec1b943f52

“Redmi Buds 3” qulaqlıqlarının qiyməti 39 dollar təşkil edir.

Son xəbərlər
Oxşar xəbərlər