11 C
Baku
Monday, November 25, 2024

“Xiaomi”nin kapitallaşması öz elektromobilini buraxdıqdan sonra $7.6 mlrd. artıb

“Xiaomi Group”un səhmləri 11.78% artaraq hər səhmə görə 16.70 Honkonq dollarına çatıb və ümumi bazar dəyəri 416.7 milyard Honkonq dolları (53.25 ABŞ dolları) təşkil edib, Banker.az bu barədə xarici mediaya istinadən xəbər verir.

Xatırladaq ki, bir neçə gün əvvəl “Xiaomi” öz elektromobilini təqdim edib. Gün ərzində sifarişlərin sayı 40 minə çatıb.

Aprelin 2-si səhər saatlarından etibarən “Standard”, “Pro” və “Max” modelləri üçün çatdırılma müddətləri müvafiq olaraq 20-23 həftə, 19-22 həftə və 28-31 həftəyə qədər uzadılıb.

“Xiaomi Motors”un qurucusu Lei Jun “Xiaomi”nin səyləri ilə 15-20 il ərzində dünyanın ən yaxşı beş avtomobil istehsalçısından biri olmağa ümid etdiyini söyləyib.

Son xəbərlər
Digər xəbərlər