20 C
Baku
Monday, October 7, 2024

Xidmət rəsmisi: Xıdırlı kəndində 719, Kəngərli kəndində isə 292 fərdi evin inşası davam edir

Ağdam rayonunun Xıdırlı və Kəngərli kəndlərində quruculuq işləri sürətlə həyata keçirilir.

Bunu  rayonun Xıdırlı və Kəngərli kəndlərində davam etdirilən işlərlə bağlı məlumat verən Ağdam-Füzuli-Xocavənd rayonları üzrə Bərpa-Tikinti və İdarəetmə Xidmətinin mətbuat katibi Leyla Sərabi deyib.

Onun sözlərinə görə, Xıdırlıda olduğu kimi, Kəngərli kəndində də tikinti işləri plana uyğun qaydada davam etdirilir:

“2022-ci il oktyabrın 4-də təməli qoyulan Kəngərli kəndində də quruculuq, bərpa və tikinti işləri yüksək sürətlə həyata keçirilir. Kəndin layihələndirilən ümumi ərazisi 177,2 hektardır. Burada 632 fərdi evin tikintisi planlaşdırılır. Tikintinin ilkin mərhələsində 72,55 hektar ərazi layihələndirilir və orada iki, üç, dörd və beş otaqlı 292 fərdi yaşayış evi tikilir.

Evlərin hər birində artıq torpaq, bünövrə və hörgü işləri tamamlanıb, 278-də isə xarici bəzək işləri yekunlaşıb. 94 fərdi evdə isə artıq daxili bəzək işləri başa çatıb və mebellərin quraşdırılmasına başlanılıb.

Bundan əlavə, kənddə iaşə obyektlərinin tikintisi də nəzərdə tutulur. Burada klub icma mərkəzi, çoxfunksiyalı bina, məktəb, tibb məntəqəsi, bazar kompleksi, bayraq meydanı və digər infrastruktur obyektlərinin tikintisi davam etdirilir”.

L.Sərabi rayonun Eyvazxanbəyli kəndində görülən işlər haqqında da məlumat verib:

“Eyvazxanbəyli kəndində layihələndirilən ərazinin ümumi sahəsi 299,68 hektardır və orada 1091 fərdi yaşayış evinin tikilməsi planlaşdırılır. Tikintinin ilkin mərhələsində kənddə 88,30 hektar ərazi layihələndiriləcək və həmin ərazidə 427 fərdi ev tikiləcək. İnşa ediləcək evlərin 10-nu ikimərtəbəli olacaq.

Bu kənddə də iaşə obyektləri, çoxfunksiyalı bina, mərkəzi park, məktəb, baxça və digər infrastruktur obyektləri tikiləcək”.

Mənbəreport
Son xəbərlər
Digər xəbərlər