9 C
Baku
Thursday, December 12, 2024

Xidmət edici Bankın seçilməsi

Bu gün Azərbaycanda 100-ə yaxın kredit təşkilatı vardır. Onlardan çoxu universal bank olub, hüquqi şəxslərin və fərdi sahibkarların böyük hissəsinə xidmət edirlər.

Bir tərəfdən bu yaxşıdır – böyük seçim var, digər tərəfdən isə, – seçim çox genişdir.

Həqiqətən, sizin pullarınızı nəinki saxlayacaq, həm də artıracaq, nəinki itkilərdən və düşünülməmiş layihələrdən qoruyacaq, həm də biznesin səmərəli inkişaf proqramını işləyib hazırlamağa və reallaşdırmağa kömək edəcək, nəinki keyfiyyətli hesab-kassa xidməti göstərəcək, həm də sizin maliyyə-təsərrüfat fəaliyyətinizin optimallaşdırılmasını təmin edəcək bankı tapmaq o qədər də asan deyil.

Çoxlu banklar sırasından məhz bu bankı seçmək mümkündürmü? Mümkündür, əgər seçim zamanı aşağıdakı şərtləri nəzərə alarıqsa.

1. Bankın yaşı

Əgər Azərbaycan kommersiya bankının on ildən artıq yaşı varsa – bu o deməkdir ki, o, şiddətli inflyasiyanı, fəaliyyət qaydalarının kəskin dəyişməsini də, vəhşi özəlləşdirməni də, kütləvi müflisləşmələri də, nəhayət, tammiqyaslı milli defoltu da arxada qoyaraq, “şanlı yol” keçmişdir.
Bununla yanaşı, bu zaman bank borcların restrukturizasiyasına müraciət etməmişdirsə, həmişə vaxtında və tam həcmdə öz öhdəliklərini yerinə yetirmişsə, onda böyük ehtimalla əminlik bildirmək olar ki, bu bank gələcəkdə iqtisadiyyatın bütün problemlərinə baxmayaraq, həyat qabiliyyətli olub, müştərilərini peşman etməyəcək.

2. Bankın adı, imici

Əgər bank adını bir neçə dəfə dəyişməyibsə (bu ona görə edilir ki, mövcud olan problemlər və mənfi imici onun təzə adı ilə yanaşı qalmasın), bir neçə dəfə yeni sahiblərə satılmayıbsa (bir qayda olaraq, yığılmış ümidsiz borclarla əlaqədar olaraq), kriminal və başqa qalmaqallı hadisələrdə adı çəkilməyibsə, “çirkli” pulların yuyulmasında qazanc əldə etmiş bank nüfuzu yoxdursa, belə bank sizin diqqətinizə dəyər və o, “dəyişkən kontor” deyil, əsl bankdır.
Bankın işgüzar adı, onun imici və brendi – bunlar qiymətli qeyri-maddi aktivlərdir ki, illərlə nöqsansız fəaliyyətin bəhrəsidir. Dünyanın qabaqcıl banklarının bu aktivləri milyardlarla dollar məbləğində qiymətləndirilir. Ona görə də, elə bank tapmaq lazımdır ki, öz adının qədrini bilmiş olsun, bu o deməkdir ki, onun işləmək niyyəti uzunmüddətli və uğurludur.

3. Bankın ölçüləri və reytinqi

Bankın ölçüləri öz-özlüyündə yalnız onun öhdəliklərinin və aktivlərinin həcmi haqqında məlumat verə bilər. İri bank orta və ya kiçik bankdan apriori (təcrübəsindən asılı olmayan) ola bilməz. Bununla yanaşı, 1998-ci ilin defoltu göstərdi ki, hər şeydən əvvəl, iri banklar böhrandan çıxa bilmədilər. Hər şey, birincisi, konkret kredit təşkilatının passivlərin və aktivlərindən, ikincisi isə, bankı seçərkən müştərinin məqsədlərindən asılıdır.

Bankın keyfiyyəti haqqında müəyyən dərəcədə mətbuatda müntəzəm surətdə dərc olunan reytinqlər deyir. Əgər bank böyük miqdarda müştərilərə xidmət göstərirsə və onların hesablarında qalıqlar böyükdürsə, bankın təmiz aktivləri onun balansının valyutasından nisbətən böyük faizə malikdirsə, bank keyfiyyətli aktivlərinin sabit artımını nümayiş etdirirsə, – bu bank etibarlı olub sizin marağınıza səbəb ola bilər.

Sonra sizə hansı ölçülü keyfiyyətli bank lazım olduğuna qərar verməlisiniz. Əgər sizin başlıca vəzifəniz böyük kredit resurslarına malik olmaqdırsa, onda siz daha iri banka getməlisiniz. Əgər sizə, hər şeydən əvvəl, yüksək keyfiyyətli kompleks maliyyə xidməti lazımdırsa, onda sizin bank – orta ölçülü möhkəm universal bank olmalıdır. Nəhayət, sizin şirkətiniz inkişaf etməkdədirsə, sizə sərt təminatsız layihə maliyyələşdirməsi lazımdırsa, ona görə bankla iş zamanı onun rəhbərliyi ilə sıx əlaqəniz olmasa da səmərəli işləyə bilərsiniz və sizə bu halda böyük olmayan, lakin yüksək peşəkar bank əl verir.

Qeyd etmək lazımdır ki, heç vaxt bankı rəsmi balans göstəriciləri üzrə, hər şeydən əvvəl, kapitalının ölçüsünə görə seçmək lazım deyil.

4. Bankın təşkili

Təşkilati-hüquqi forması açıq səhmdar cəmiyyət olan bankla işləmək daha sərfəlidir, belə ki, bu forma, hər şeydən əvvəl, mülkiyyətin strukturu məsələsində kredit təşkilatının daha açıqlığını (şəffaflığını) təmin edir. Əgər bankın səhmdarları dəqiq müəyyənləşdirilmişsə və nüfuza (hüquqi və fiziki) malikdirlərsə, bank sahibləri arasında münaqişə yoxdursa, bankın iştirakçıları öz vəzifələrindən istifadə edib yalnız özləri üçün deyil, bankın inkişafına çalışırlarsa, rahatca məhz bu bankı seçin. O da mühümdür ki, müştəriyə bankın səhmlərinin növbəti emissiyası zamanı onun səhmdarları sırasına daxil olmaq imkanı verilmiş olsun.

Bankın təşkilati-ştat strukturunu da nəzərdən keçirib qiymətləndirmək lazımdır: kredit təşkilatının ştatı şişirdilməməlidir, lakin burada kompleks xidmət üçün bütün mütəxəssislər də olmalıdır. Bankın yarımbölmələrinin strukturu müştəriyə aydın olmalı və o, dəqiq başa düşməlidir ki, bu və ya digər məsələdən ötrü hansı yarımbölməyə müraciət etməlidir.

Bankın əməklaşları ali təhsilli olmalıdır, rəhbər menecment isə 5-7 ildən az olmayan iş stajına malik olmalıdır. Kredit təşkilatının top-menecerlərinin hər hansı müflisləşmədə günahkar olub-olmamasını, hər hansı mənfi adlı affilə olunmuş şəxslər olmadıqlarını, cinayətkar elementlərlə əlaqələrinin olub-olmamasını, korporativ maraqlara zidd olaraq öz xidməti vəzifələrindən istifadə edib-etməmələrini də bilmək vacibdir.

Kredit təşkilatında mütləq dar profilli, sürətlə və dəqiq olaraq müştərinin maliyyə alətlərindən istifadə sahəsində hər hansı mürəkkəb məsələsini həll etməyə qadir olan yüksək ixtisaslı mütəxəssislər olmalıdır. Bu zaman mütəxəssislər və top-menecerlər mütləq müştəri üçün əlçatan olmalıdırlar.

5. Bankın etibarlılığı

Bir qayda olaraq, kredit təşkilatlarının reytinqlərini ani likvidlik səviyyəsi ilə hesablayırlar. Əlbəttə, bankın kassasında və Mərkəzi bankdakı hesablarında çoxlu vəsaitləri varsa, bankın likvidliyi ilə gəlirliliyi arasında düşünülmüş balans lazımdır, yoxsa işləməyən kredit təşkilatı daha etibarlı hesab edilər. Necə müəyyən etməli ki, bank həqiqətən etibarlıdır və bu zaman müştəriləri zəruri maliyyə resursları ilə təmin edərək onlarla fəal iş qurur.

Birincisi, bankın etibarlılığının obyektiv və dəqiq qiymətini bankların özləri banklararası bazarda müntəzəm olaraq kreditləşmə limitlərini qüraraq və onu yenidən nəzərdən keçirərək müəyyənləşdirirlər. Əgər bankın banklararası borclarda daim artan məcmu limiti varsa və bank onun az bir hissəsindən istifadə edirsə, siz etibarlı bankla işləyirsiz.
İkincisi, borcların müxtəlif restrukturizasiyaları, depozitləin prolonqasiyası (vaxtının uzadılması), müştəri ödəmələrinin vaxtında aparılmasında pozuntular bu kredit təşkilatında likvidliklə problemlər ola bilərsə, bu bank etibarlı hesab edilə bilməz.

Üçüncüsü, əgər bank istənilən pul vəsaitlərini istənilən, hətta ən az müddətlərə cəlb edirsə və bu zaman aşkar qaldırılmış faizlər vəd edirsə (normal depozit faizləri inflyasiyanın səviyyəsindən 3-6 bənd yuxarı ola bilər), bu bankdan yan keçin. Etibarlı kredit təşkilatı həmişə düşünülmüş depozit siyasəti həyata keçirir.

6. Hesab-kassa xidmətinin keyfiyyəti

Müştərilərə universallığı və yüksək keyfiyyətli xidməti təmin etmək üçün bankın müvafiq lisenziyaları, hər şeydən əvvəl, ümumi bank (bank əməliyyatlarının tam yığımını həyata keçirmək hüququ), valyuta, fond lisenziyaları və fiziki şəxslərə xidmət hüququ olmalıdır.

Bundan başqa, kredit təşkilatı hesab-kassa xidməti sahəsində bank əməliyyatlarının, sövdələrin bütün kompleksini həqiqətən peşəkarcasına həyata keçirməlidir.

İlk növbədə, bank “müştəri-bank” sisteminin geniş tətbiqi vasitəsilə müştərilərə bütün sutka ərzində, İnternetin imkanlarından istifadə etməklə və Azərbaycan Bankının regionlararası elektron hesablar sistemində iştirak etməklə açıq olmalıdır.

Hazırda bankda geniş regional filiallar şəbəkəsinin olması onun sözsüz üstünlüyü deyil, belə ki, müasir bank ödəmə sistemi səmərəli işləyir və avtonom sistemlərin (bir bankın daxilində) yaradılması tələb olunmur. Bununla belə, uzaqda yerləşən müştərilərə keyfiyyətli xidmət üçün kredit təşkilatı filiallar və əlavə ofislər açmaq imkanına malik olmalıdır (şöbələr, əməliyyat kassaları, mübadilə məntəqələri).

Bankın hesab-kassa fəaliyyətinin “yüksək pilotajı” onun affilə edilmiş müştəri qrupları maliyyə sistemlərinin və ya geniş filiallar şəbəkəsi olan iri müştərinin dəqiq mərkəzləşdirilmiş fəaliyyətini təmin etmək qabiliyyətidir. Bir qayda olaraq, bu cür müştərilər üçün kredit təşkilatları ayrıca menecer ayırır.

7. Bankın kredit siyasəti

Bankın bəzən sərt kredit işi ilə razılaşmayan müştərilər özlərinə sual etməlidirlər ki, riskli kredit siyasəti aparan bankın xidmətlərindən istifadə etmək istərdilərmi? Cavab qabaqcadan məlumdur.

Bankın kredit siyasəti aşağıdakı hallarda optimaldır:

• bank öz müştərilərini həqiqətən onlar üçün zəruri və təminatlı həcmlərdə olan kredit resursları ilə təmin edir;
• kredit təşkilatı müştəriləri arasında pul resurslarını bankın top-menecerləri ilə “xüsusi” münasibətlərlə bağlı deyil, ədalət, rəqabət üstünlükləri əsasında bölüşdürür;
• bankda kredit işi müştərilərə ssuda alətlərinin geniş spektrindən: təcili kreditlər, kredit xətti, veksel kreditləşməsi, overdraft, faktorinq, forfeytinq, akkreditivdən istifadə etməyə imkan verir;
• kredit təşkilatı kreditin müxtəlif təminat növlərini qəbul edir – borclunun kredit tarixindən və onun maliyyə vəziyyətindən asılı olaraq girovun likvidliyindən müştərinin hesabı üzrə sabit dövriyyəsinə qədər;
• kredit üzrə faiz dərəcəsi bankla borclu arasında bərabərliyi, gəlirin ədalətli bölgüsünü təmin edir – bu partnyorluq hər iki tərəf üçün rentabelli olmalıdır.
Kredit təşkilatının orta və kiçik biznes sahəsində, o cümlədən layihə maliyyələşdirilməsində də inkişaf etməkdə olan şirkətlərlə işləməyə cəhd etməsi və bunu bacarması da çox önəmlidir.

8. Müştərinin fəaliyyətinin optimallaşdırılması

Bank müştərinin maliyyə-təsərrüfat fəaliyyətinin optimallaşdırılmasında real kömək göstərməyi bacaran, müəssisənin möhkəm maliyyə partnyoru olmalıdır. Bu sahədə bank aşağıdakı xidmətləri göstərə bilər:

• törəmə və affilə edilmiş strukturlar da daxil edilməklə, bütün hesabların səmərəli idarə edilməsinin mümkünlüyü, onları düzgün strukturlaşdırmaq, hesab alətləri və vergiqoyma sistemini optimallaşdırmaq;
• bankın öz müştərilərinə onun digər müştəriləri ilə işləmək barədə tövsiyəsi yolu ilə biznesin ekstensiv inkişafına kömək etmək. Bu halda bank nəinki maliyyə agenti rolunda, həm də müəyyən dərəcədə marketinq vasitəçisi və sövdələrin icrasının qarantı kimi çıxış edir;
• maliyyə və əmlak risklərinin hecləşdirilməsi, əmlakın və qiymətli kağızların idarə edilməsi, depozitar xidmətlər;
• bank menecerlərinə zəruri etibar dərəcəsi tələb edən məsləhət xidmətləri. Müştəri məsələn, banka sövdə pasportu açmaq üçün artıq imzalanmış müqavilə ilə deyil, müqavilə layihəsi ilə gəlməli və bankın menecerlərinin iştirakı ilə son variantı işləyib hazırlamalıdır. Bu ona görə önəmli deyildir ki, kommersant öz sövdələrindən yaxşı baş çıxarmır, ona görədir ki, eyni məsələyə bank işçiləri öz nöqteyi-nəzərlərindən baxır və eyni məsələni onlar müştərinin görmədiyi problemləri görməklə həll edə bilirlər.

9. Fiziki şəxslərə kompleks xidmət

Fiziki şəxslərə, hər şeydən əvvəl, şirkət menecerlərinə – bankın müştərilərinə xidmət aşağıdakı bank xidmətləri kompleksini tələb edir:

• sistem ödəmələri də daxil olmaqla, manat və valyuta hesablarının aparılması;
• hesab açılmadan Azərbaycan manatını köçürülməsi;
• hesab açılmadan xarici valyutanın köçürülməsi və alınması(məsələn, Western Union vasitəsilə);
• manat və valyuta depozitlərinin yerləşdirilməsi;
• xüsusi antiinflyasiya səbəti – manatlar, dollarlar, avrolar;
• bankın borc öhdəliklərinin alınması (sadə veksellər, əmanət sertifikatları);
• qiymətli kağızların alqısı, satqısı və idarə edilməsi;
• kreditləşmə, o cümlədən ipoteka (əmlakın və qiymətli kağızların girov qoyulması ilə);
• valyuta-mübadilə əməliyyatları, valyuta dəyərlərinin alınması və satılması;
• beynəlxalq debet və kredit plastik kartlarına xidmət;
• pul əskinaslarının xırdalanması və mübadiləsi;
• personal depozit seyfində pulların, qiymətli kağızların və sənədlərin saxlanması;
• xarici banklarda hesabların açılması, xarici qiymətli kağızların alqısı/satqısı;
• maliyyə məsələləri üzrə məsləhətləşmələr.

Nəticə etibarilə qeyd etmək lazımdır ki, bir çox müştərilərə bir yerdə tam xidmətlər kompleksi əldə etmək mühümdür. Təkcə bank xidmətləri yox, həm də başqa maliyyə, lizinq, sığorta, auditor, konsaltinq, o cümlədən istehsalın və müəssisənin maliyyə vəsaitlərinin idarə edilməsinin kompleks avtomatlaşdırılması üzrə. Ona görə də, əsl universal bank – öz bazasında affilə edilmiş strukturların iştirakı ilə öz müştəriləri üçün “xidmətlər supermarketi” təşkil edən, yəni tam miqyasda kompleks maliyyə və konsaltinq təşkilatı funksiyasını yerinə yetirən bankdır.

Son xəbərlər
Digər xəbərlər