13 C
Baku
Monday, November 3, 2025

Xidmət əlçatanlığında ilk sırada olan banklar hansılardır? – Araşdırma

Azərbaycan bank sektorunda rəqabət getdikcə müştəri məmnuniyyəti və insanlara daha əlçatan olmaq üzərində cəmlənir. Banklar rəqəmsallaşmaqla yanaşı, xidmət şəbəkəsini də genişləndirərək maliyyə xidmətlərini ölkənin hər yerinə, hətta ən ucqar bölgələrinə, əsasən də yenidənqurma prosesində olan Qarabağa qədər çatdırmağa çalışırlar. Bu istiqamətdə xüsusilə bankomat (ATM) və filial sayı bankların real bazar payının və müştərilərlə birbaşa əlaqəsinin mühüm göstəricilərindən biridir. Bəs ölkədə ən çox filial və bankomat hansı banka məxsusdur?

Qeyd edək ki, hazırda Azərbaycanda 22 bank fəaliyyət göstərir. Xidmət şəbəkəsinin genişliyi istiqamətində isə liderlik Kapital Bankdadır. Bankın ölkə üzrə  119 filialı, 53 şöbəsi və 1190 bankomatı var. Bu göstərici ilə Kapital Bank maliyyə sektorunda birinci yeri tutur. Eyni zamanda ölkənin hər yerində müştəriyə ən yaxın bank imicini möhkəmləndirir. Siyahıda maliyyə sektorunun əsas simalarından biri olan ABB 77 filial, 10 şöbə və 1050 bankomatla 2-ci,  Bank Respublika isə 38 filial, 83 ATM ilə  3-cü yerdə qərarlaşır.

Filial və ATM sayına görə ilk 10 bank aşağıdakı kimidir:

  1. Kapital Bank – 119 filial, 53 şöbə,1190 ATM
  2. ABB – 77 filial, 10 şöbə, 1050 ATM
  3. Bank Respublika – 38 filial, 83 ATM
  4. AccessBank – 37 filial, 1 şöbə, 44 ATM
  5. Unibank – 31 filial, 185 ATM
  6. Xalq Bank – 30 filial, 1 şöbə, 142 ATM
  7. Rabitəbank – 28 filial, 74 ATM
  8. Yelo Bank – 22 filial, 48 ATM
  9. Bank of Baku – 21 filial, 36 ATM
  10. TuranBank – 18 filial, 3 şöbə, 35 ATM

Xidmət şəbəkəsinin genişliyi bankların müştəri sayını artırmaqla yanaşı, regional iqtisadi fəallığın stimullaşdırılmasında da mühüm rol oynayır. Filial və ATM-lərin çoxluğu bankları daha əlçatan edir, müştəri etimadını gücləndirir və brendin geniş miqyasda tanınmasına xidmət edir.

Ümumilikdə, ATM və filial şəbəkəsinin genişlənməsi Azərbaycan bank sektorunun sağlam rəqabət mühitində inkişaf etdiyini göstərir. Bu rəqabətdə həm rəqəmsal, həm də fiziki müstəvidə güclü mövqeyə malik bankların liderliyi qazanılan etimad və düzgün qurulan strateji istiqamətin nəticəsidir.

 

x 2

Son xəbərlər
Digər xəbərlər