10 C
Baku
Friday, December 13, 2024

Xidməti müqavilə ilə işləyənlərə vacib xəbər: 1 000 AZN-ə 200 AZN vergi hesablanacaq

Hazırda xidməti müqavilələrin çoxu əmək münasibətlərinin pərdələnməsi məqsədi daşıyır. Vergilər Nazirliyinin Media və kommunikasiya mərkəzindən bu sözləri nazirliyin İqtisadi təhlil və ekspertiza departamentinin baş direktoru Natiq Şirinov deyib.

Departament rəhbəri bildirib ki, vergi qanunvericiliyinə edilən dəyişiklikdə bu məsələ də nəzərə alınıb: “Gələn ildən xidməti müqavilə ilə işləyənlər sadələşdirilmiş verginin ödəyicisi ola bilməyəcəklər: onlar gəlir vergisi rejiminə keçməli olacaqlar. Gəlir vergisi rejiminə keçdikdə, VÖEN ilə işləyərək ayda 1.000 manat gəlir əldə edən fiziki şəxs, xərci yoxdursa, gəlirinin 20 faizi qədər – 200 manat vergi hesablayacaq. Dövlət hesablanmış verginin 75 faizini güzəşt edir. Yəni xidməti müqavilə ilə işləyib 1.000 manat qazanan fiziki şəxs ayda 50 manat gəlir vergisi ödəyəcək”.

N.Şirinov qeyd edib ki, VÖEN-i olan vergiödəyicisi xərclərini gəlirindən çıxdığı halda, daha az vergi ödəyə bilər. Məsələn, 1.000 manat aylıq gəlir əldə etmək üçün 300 manat xərc çəkilirsə, bu zaman qalan 700 manatın 20 faizi (140 manat) gəlir vergisi olaraq hesablanacaq. Qanunla gəlir vergisinin 75 faizi güzəşt edildiyindən, cəmi 35 manat vergi ödəniləcək.

Son xəbərlər
Digər xəbərlər