11 C
Baku
Wednesday, December 11, 2024

Xidmətlər üzrə məsləhətçi – Bank Respublika ASC

Bank Respublika” ASC  “Xidmətlər üzrə məsləhətçi” vəzifəsi üzrə vakansiya elan edir.

Artıq 26 il ərzində Bank Respublika “Sizə Faydalı” prinsipinə sadiq qalaraq 27 filial və şöbə şəbəkəsi ilə Bakı, Abşeron və regionlarda öz müştərilərinə yüksək xidmət və faydalı bank məhsulları təqdim edir. Universal bank olmaqla fəaliyyətimizin hər bir sahəsində peşəkar və əzmkar mütəxəssislərlə təmsil olunuruq. Bu illər ərzində müştərilər tərəfindən qazanılan inam ilə qürur duyuruq və əməkdaşlarımızı bankın əsas kapitalı hesab edirik. Bankımızın illər ərzində əldə olunan təcrübə və uğurlarına şərik olmaq və yeni nailiyyətlərimizə öz imzasını atmaq istəyən nəticəyönümlü şəxsləri komandamıza dəvət edirik.

Ümumi vəzifə öhdəlikləri:

• Ofisə müraciət edən müştərilərin qarşılanması, salamlanması, istiqamətləndirilməsi;
• Müştərilərə bankın məhsul və xidmətləri haqqında məlumatların verilməsi;
• Müştərilər arasında aparılan sorğularda iştirak;
• Bankomat, terminallarda ödəniş zamanı müştərilərə köməklik göstərmək.

Namizədə qarşı tələblər:

• Ali təhsil;
• İş təcrübəsi: Müştəri xidmətləri, satış sahəsində (həmçinin sığorta və ya bank sahəsində) olanlara üstünlük verilir;
• Dil bilikləri: Azərbaycan dili (əla), Rus dili (əla)
• Yüksək ünsiyyət bacarığı;
• Komandada işləmək bacarığı;
• Əzmkarlıq, düzgünlük, çalışqanlıq.

İş şərtləri

• Əlverişli iş mühitində çalışmaq imkanı;
• Karyera və inkişaf perspektivləri.
• İş vaxtı: 09:00 – 18:00
• İş günü: 5/2 (şənbə və bazar günləri, dövlət bayramları və milli hüzn günü qeyri iş günləridir)
• İş yeri: Bakıxanov filialı

Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini 25 noyabr 2018-ci il tarixinədək, email-in mövzu hissəsində “Xidmətlər üzrə məsləhətçi” qeyd edərək [email protected] elektron ünvanına göndərə bilərlər.

Həmçinin bildirmək istərdik ki, işəqəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.

Son xəbərlər
Digər xəbərlər