5 C
Baku
Saturday, December 14, 2024

XİN: “Azərbaycan artıq iki beynəlxalq məhkəmədə Ermənistana qarşı iddia qaldırıb”

“Bu gün biz öz ərazi bütövlüyünü təmin edən, pozulmuş insan hüquqlarını bərpa edən dövlətin vətəndaşlarıyıq. Münaqişənin bitməsi müharibənin bitməsi demək deyil”.

Bunu Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəhbəri Leyla Abdullayeva BDU-da “İşğal altında olmuş Azərbaycan ərazilərində məcburi köçkünlərin pozulmuş hüquqlarına dair” Kompleks Hesabat kitabının təqdimatı ilə bağlı keçirilən tədbirdə deyib.

XİN rəsmisi əlavə edib ki, postmünaqişə dövründə təbliğat işi daha da gücləndirilməlidir: “Azərbaycan artıq bölgədə yeni reallıq yaradıb. Bizim və bütün Azərbaycanın rəsmi qurumlarının üzərinə bu reallığı beynəlxalq ictimaiyyətə çatdırmaq kimi ciddi öhdəlik düşüb. Azərbaycan artıq iki beynəlxalq məhkəmədə Ermənistana qarşı iddia qaldırıb. Təbii ki, bu, son deyil. Gələcəkdə digər beynəlxalq məhkəmələrdə tərəfimizdən Ermənistana qarşı iddialar qaldırılacaq”.

Son xəbərlər
Digər xəbərlər