25 C
Baku
Thursday, July 10, 2025

“X”in baş direktoru istefa verib

“X” platformasının baş direktoru Linda Yakkarino vəzifəsindən istefa verdiyini açıqlayıb.

O bu barədə elə “X” sosial şəbəkəsindəki hesabında yazıb.

“İki inanılmaz ildən sonra mən “X” şirkətinin baş direktoru vəzifəsini tərk etmək qərarına gəldim. “X” komandası ilə inanılmaz dərəcədə qürur duyuram, biznesdə tarixi dönüş əlamətdar idi”, – paylaşımda deyilir.

O, postunu tərk etməsinin səbəblərini açıqlamayıb.

Qeyd edək ki, Yakkarino “X” şirkətinin baş direktoru vəzifəsini 2023-cü ilin mayında İlon Maskın sosial şəbəkəni satın almasından sonra tutub. Daha əvvəl isə o, Amerikanın “NBC Universal” mediakorporasiyasında satış direktoru olub.

Yeri gəlmişkən, İlon Mask hələlik baş direktorun istefasını şərh etməyib.

Qeyd edək ki, daha əvvəl KİV və X istifadəçiləri “Grok” çat-botunun Adolf Hitler haqqında müsbət fikirlər olan paylaşımlar etdiyini müşahidə edib. Jurnalistlər bunun modelin yeniləməsi ilə əlaqədar ola biləcəyini ehtimal ediblər. Tərtibatçılar “qəbuledilməz paylaşımları” sildiklərini və “Grok”un işini müvəqqəti olaraq məhdudlaşdırdıqlarını bildirib.

Bu gün isə Türkiyə rəsmiləri Prezident Ərdoğana qarşı təhqiramiz paylaşımlara görə “Grok”u bloklayıb.

MənbəREPORT
Son xəbərlər
Digər xəbərlər