30 C
Baku
Tuesday, June 28, 2022

XİN başçısı: “İran Rusiyanın Ukraynadakı müharibəsinə qarşıdır”

Ukraynanın xarici işlər naziri Dmitro Kuleba və İranın xarici siyasət idarəsinin rəhbəri Hüseyn Əmir Abdullahian arasında telefon danışığı olub.

Bunu ukraynalı nazir tviterdə yazıb.

“İranın xarici işlər naziri ilə telefon danışığım oldu. İran Rusiyanın Ukraynaya qarşı müharibəsinə qarşıdır, diplomatik həll yolunu dəstəkləyir. İran şirkətlərinin köməyi ilə Rusiyaya silah ötürülməsi ilə bağlı iddiaları təkzib etdiyinə və Ukraynaya göndərilən tibbi heyətə görə xarici işlər naziri Abdullahiana minnətdarıq”, – o bildirib.

Xatırladaq ki, ötən gün Rusiyanın İranın silah qaçaqmalçılığı şəbəkələrinin köməyi ilə Ukraynadakı hərbi əməliyyatlarda istifadə etmək üçün İraqdan sursat və hərbi texnika aldığı, həmçinin rəsmi Tehranın işğalçı tərəfə “Bavar 373” raket kompleksi bağışladığına dair xəbər yayılmışdı.

Son xəbərlər
Oxşar xəbərlər