7 C
Baku
Friday, December 26, 2025

XİN başçısı: TDT+ formatı bəzi güc mərkəzlərində qıcıq doğurur

Son dövrlərdə Türk Dövlətləri Təşkilatına (TDT) maraq əhəmiyyətli dərəcədə artıb.

Bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilin yekunlarına dair keçirilən mətbuat konfransında deyib.

“Türk Dövlətləri Təşkilatına diqqət onun üzvlərinin beynəlxalq çəkisindən asılıdır. Türkiyə aparıcı TDT dövlətidir və bu ölkənin artan nüfuzu, Azərbaycanın artan nüfuzu təşkilatın çəkisinə töhfə verir. Ölkəmiz artıq 10-15 il əvvəlki Azərbaycan deyil. Mərkəzi Asiyanı və bu regionun potensialını nəzərə aldıqda deyə bilərik ki, təşkilata olan diqqət getdikcə artır. Yeni ölkələr TDT ilə əməkdaşlıq etmək, müşahidəçi statusu almaq üçün müraciət edirlər. Buna görə də Qəbələ sammitində TDT+ formatı gündəmə gəldi. Amma, bütün bunlar bəzi güc mərkəzlərində qıcıq və həssaslıq doğurur. Lakin biz hesab edirik ki, bunun əsas yoxdur və üzv ölkələr kimi, əməkdaşlığımızın müsbət dinamikasını qoruyub-saxlamaq, inkişaf etdirmək və bütün sahələrə şamil etdirməkdə qərarlıyıq”, – Ceyhun Bayramov qeyd edib.

MənbəAPA
Son xəbərlər
Digər xəbərlər