23 C
Baku
Monday, April 15, 2024

XİN-dən Bayramov-Mirzoyan görüşünün təxirə salınması ilə bağlı açıqlama

Azərbaycan və Ermənistan XİN rəhbərlərinin təxirə salınan görüşünün yenidən keçirilməsi istiqamətində müvafiq iş aparılır.

Bu barədə Azərbaycan XİN-in Mətbuat xidməti idarəsinin rəisi Ayxan Hacızadə bildirib.

O qeyd edib ki, görüşün yaxın zamanlarda baş tutacağı gözlənilir.

Onun sözlərinə görə, bir qayda olaraq, görüşün dəqiq tarixlərinin əlaqələndirməni həyata keçirən təşkilatçı ölkə tərəfindən elan edilməsi təcrübəsi mövcuddur.

MənbəApa
Son xəbərlər
Digər xəbərlər