17 C
Baku
Bazar ertəsi, Oktyabr 18, 2021

XİN: Ermənistan tərəfi yenə yalan və iftiraya əl atır

Screen Shot 2021 09 02 at 14.34.20

Ermənilər tərəfindən indiyədək 24 mülki şəxs qətlə yetirilib, 121 nəfər yaralanıb

“Sentyabrın 27-dən yeni təcavüz aktına əl atan Ermənistan tərəfi beynəlxalq hüququn norma və prinsiplərini, o cümlədən Cenevrə Konvensiyasını və tələblərini kobudcasına pozaraq azərbaycanlı mülki şəxsləri və mülki infrastrukturu məqsədyönlü şəkildə hədəfə alır”.

Bunu Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Leyla Abdullayeva bu gün keçirilən brifinqdə deyib.

Onun sözlərinə görə, sentyabrın 27-dən indiyə qədər 24 mülki şəxs qətlə yetirilib, 121 nəfər yaralanıb və 300-dən çox ev, mülki obyektlər, infrastrukturlar dağıdılıb:

“Ermənistan tərəfi ənənəvi şəkildə yenə də yalan və iftiraya əl ataraq guya ki, azərbaycanlı mülki şəxsləri və obyektləri hədəfə almağıdını bildirir”.

Screen Shot 2021 09 23 at 11.36.43
Son xəbərlər
360 380
Oxşar xəbərlər