19 C
Baku
Friday, October 4, 2024

XİN: Ermənistanla sülh sazişi mətninin təxminən 80 faizi razılaşdırılıb

Ermənistanla sülh sazişi mətninin təxminən 80 faizi razılaşdırılıb.

Bunu Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Ayxan Hacızadə “Real Tv”yə müsahibəsində deyib.

O bildirib ki, sülh sazişi bütöv sənəddir: “Ona görə də bütün bəndlərin razılaşdırılmasına ehtiyac var. Amma ümumilikdə irəliləyiş var”.

A.Hacızadə qeyd edib ki, sülh sazişinə mane olan əsas məsələlərdən biri Ermənistanın Azərbaycana qarşı ərazi iddialarıdır: “Həmçinin, bildirim ki, Azərbaycan konstitusiyasında heç bir ölkəyə, o cümlədən Ermənistana qarşı ərazi iddiası yoxdur”.

Nazirlik rəsmisi onu da bildirib ki, rəsmi Bakı regionda kommunikasiyaların açılmasında maraqlıdır.

MənbəREPORT
Son xəbərlər
Digər xəbərlər