7 C
Baku
Thursday, December 12, 2024

XİN: Ermənistan xarici terrorçu qüvvələr və muzdlulardan istifadə edir

“Son hadisələr çərçivəsində Ermənistan tərəfindən geniş şəkildə xarici terrorçu qüvvələr və muzdlulardan Azərbaycana qarşı istifadə olunur”.

Bunu Xarici İşlər Nazirliyinin mətbuat katibi Leyla Abdullayeva bu gün keçirilən brifinqdə deyib.

O qeyd edib ki, Yaxın Şərq bölgəsindən, xüsusilə də Suriya, Livan, Rusiya, Gürcüstan, Yunanıstan, Birləşmiş Ərəb Əmirlikləri və digər ölkələrdən erməni əsilli şəxslərin işğal olunmuş ərazilərə gəlməsi və yaxud bu istiqamətdə yola düşməsi ilə bağlı açıq faktlar və məlumatlara rast gəlinir:

“Ermənistan siyasi rəhbərliyi Azərbaycanın işğal olunmuş ərazilərində qanunsuz məskunlaşdırma siyasətini davam etdirmiş və bununla əlaqədar bir müddət öncə Livanda baş vermiş partlayışdan sonra bu ölkədəki erməni əsilli şəxslərin Azərbaycanın işğal olunmuş ərazilərində yerləşdirilməsi ilə bağlı nümayişkəranə şəkildə qeyri-qanuni fəaliyyətini davam etdirib. Daha sonra “Müdafiə haqqında” qanuna dəyişiklik edərək könüllü silahlı qruplaşmaların yaradıldığını elan edən Ermənistan artıq bu bölgədən köçürdüyü insanların daha sonradan hərbi birləşmələrə inteqrasiya edilməsi və Azərbaycana qarşı aparılan döyüşlərdə istifadə olunası məqsədi güdür. Son zamanlar biz Ermənistan hökumətinin xaricdə fəaliyyət göstərən diaspor təşkilatları vasitəsilə xaricdəki ermənilərin toplanması və Ermənistana yola düşməsi, həmçinin bu istiqamətdə maliyyələşdirmə, dəstək tədbirlərinin, ianələrin ayrılması ilə bağlı böyük canfəşanlıqla fəaliyyət göstərdiyini açıq şəkildə müşahidə edirik”.

Son xəbərlər
Digər xəbərlər