8 C
Baku
Monday, December 2, 2024

XİN-in idarəsinə yeni rəis təyin olunub

Xarici İşlər Nazirliyinin (XİN) Beynəlxalq Təhlükəsizlik İdarəsinə kimin rəis təyin edildiyi məlum olub.

Bu vəzifəyə Samir Becanov gətirilib.

O, parlamentdə bu gün keçirilən ictimai dinləmədə çıxış edib. Samir Becanov COP29 baş danışıqçısının müavini olub.

Qeyd edək ki, XİN-in sözügedən idarəsinə ötən ilin sentyabr ayınadək Yalçın Rəfiyev rəhbərlik edib. O, Azərbaycan Respublikası Prezidentinin 8 sentyabr 2023-cü il tarixli sərəncamı ilə xarici işlər nazirinin müavini təyin olunub.

MənbəMODERN.AZ
Son xəbərlər
Digər xəbərlər