10 C
Baku
Saturday, December 21, 2024

XİN: İndiki şəraitdə Rusiya hərbçilərinin Ermənistanın İran və Türkiyə ilə sərhədlərindən çıxarılması məqsədəuyğun deyil

Regionda vəziyyət tam normallaşmamış, Rusiya sərhədçilərinin İran və Türkiyə ilə sərhədlərindən çıxarılması Ermənistanın təhlükəsizliyi baxımından məqsədəuyğun deyil.

Bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə Ermənistan parlamentinin spikeri Alen Simonyanın Ermənistan hakimiyyətinin ölkənin Türkiyə və İranla sərhədində rus sərhədçilərinin yerləşdirilməsi məsələsi üzərində düşünməsi barədə bəyanatını şərh edərkən bildirib.

“Ola bilsin ki, Alen Robertoviç Nikol Vovaeviçin mətbuat konfransını çox yaxından izləməyib. 1992-ci ildə Rusiya sərhədçilərinin Ermənistanda olmasını tənzimləyən əsas sənəd respublikada Rusiya sərhəd qoşunlarının statusu haqqında müqavilədir və bu, müddətsizdir. Rusiya sərhədçiləri mövcudluqlarının aktuallığını dəfələrlə sübut ediblər. Bu xətt üzrə məhsuldar genişmiqyaslı qarşılıqlı əlaqə qurulub və görünür, bu, İrəvandakı bəzi siyasətçiləri əsəbiləşdirir. Qonşularla qeyri-sabit münasibətlər şəraitində təhlükəsizlik haqqında düşünməyə dəyər.

Mənə elə gəlir ki, yumşaq kresloda oturub ekspert olmayan adamlar mövzu ətrafında bu qədər sərbəst fikirləşəndə, bəlkə də sözü həyatını təhlükəyə qoyanlara vermək daha məqsədəuyğun olardı”, – Rusiya XİN sözçüsü vurğulayıb.

MənbəAPA
Son xəbərlər
Digər xəbərlər