26 C
Baku
Tuesday, July 23, 2024

XİN: İran-Ermənistan qardaşlığı region üçün təhlükə olaraq qalmaqdadır

“Bu gün, İran-Ermənistan qardaşlığı bütövlükdə region üçün təhlükə olaraq qalmaqdadır. Son 30 il ərzində İran faktiki olaraq, səssiz razılığı ilə, Ermənistanın Azərbaycan ərazilərinin işğalına göz yummuşdur”.

Bu barədə Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə 31 mart tarixində İranın Xarici İşlər Nazirliyin mətbuat katibi Nasir Kənani tərəfindən səslənmiş iddialara cavab verərkən bildirib.

“Qarabağ və Şərqi Zəngəzurun işğalı və bu ərazilərin talan edilməsinə, bu ərazilərdəki evlərdən sökülmüş daşların İran bazarlarında satılmasına, mövcud olmuş 67 məsciddən 65-in dağıdılması və təhqir edilməsinə İran tərəfindən əhəmiyyət verilməməsi yaxşı məlumdur”, – o qeyd edib.

MənbəApa
Son xəbərlər
Digər xəbərlər