İranın Xarici İşlər Nazirliyinin sözçüsü Nasir Kənani İranın Ukraynadakı müharibədə istifadə üçün Rusiyaya pilotsuz təyyarələr göndərmələri ilə bağlı ittihamlarına münasibət bildirib.
Kənani bildirib ki, Amerika və Avropa Ukraynada müharibənin başlamasına şərait yaratdıqdan sonra indi də İranı münaqişə tərəflərindən birini dəstəkləməkdə ittiham edir.
“Biz Ukrayna məsələsində müharibənin tərəfi deyilik və tərəflərə silah ixracatçısı da deyilik. İran və Rusiya münasibətləri müxtəlif sahələrdə hərtərəfli, inkişaf edən və tərəflərin maraqlarına əsaslanan əlaqələrdir və heç bir beynəlxalq tendensiya ilə ziddiyyət təşkil etmir. İran və Rusiya arasındakı münasibətlər heç bir beynəlxalq qanunları pozmur. İran İslam Respublikası bu cür piarlara məğlub olmayacaq”.
Nasir Kənani İran hərbçilərinin Krımda olması xəbərini də təkzib edib.
“Bu kimi yalan xəbərlər diqqəti Qərbin Ukraynadakı müharibədə dağıdıcı rolundan yayındırmaq üçün media vasitəsidir”.