“Biz Ukraynadakı müharibənin bir parçası deyilik”.
Bunu İran Xarici İşlər Nazirliyinin (XİN) sözçüsü Nasir Kənani bu gün keçirdiyi mətbuat konfransında deyib.
O bildirib ki, İranı ittiham etmək Ukraynaya kömək etməyəcək.
“Biz Ukrayna hakimiyyətinin ittihamlarını rədd edirik. Bir daha vurğulayırıq ki, biz Ukraynadakı müharibənin bir parçası deyilik. Biz Ukraynadakı böhranın və sülhün həllinə kömək etməyə hazırıq”, – İran XİN rəsmisi qeyd edib.
Nasir Kənani Ukrayna rəsmilərinin İranı ittiham etməsinə cavab olaraq vurğulayıb ki, bu açıqlamaların Ukrayna hökuməti üçün hüquqi və siyasi nəticələri olacaq.