31 C
Baku
Monday, July 15, 2024

XİN İranın Azərbaycan diplomatik korpusunun 4 əməkdaşını “arzuolunmaz şəxs” elan etdiyini təsdiqləyib

Mətbuatda bu günlərdə yayılmış sözügedən xəbər yeni deyil.

Bu barədə Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə Azərbaycanın İrandakı Səfirliyinin və Təbriz şəhərindəki Baş Konsulluğunun əməkdaşlarının İran tərəfindən “arzuolunmaz şəxs” elan edilməsi ilə bağlı yerli medianın sualına cavabında bildirib.

“Məlum olduğu kimi, cari ilin aprel ayının əvvəlində İranın ölkəmizdəki Səfirliyinin 4 əməkdaşı diplomatik statusa uyğun olmayan və Diplomatik Əlaqələr haqqında 1961-ci il Vyana Konvensiyası ilə ziddiyyət təşkil edən fəaliyyətlərə görə Azərbaycan hökuməti tərəfindən “persona-non-grata” (arzuolunmaz şəxs) elan edilmişdi.

İran tərəfi, öz növbəsində Azərbaycanın bu addımından bir neçə gün sonra, heç bir əsas olmadan və yalnız qarşılılıq prinsipini bəhanə gətirərək, ölkəmizin İrandakı Səfirliyindən hələ yanvar ayında təxliyə olunmuş 2 nəfər əməkdaşı və Baş konsulluğun 2 nəfər əməkdaşını arzuolunmaz şəxs elan edib.

Ölkəmizə qarşı atılmış bu addım bir sıra problemlərin mövcud olduğu ikitərəfli münasibətlərə xələl gətirir”, – XİN rəsmisi qeyd edib.

MənbəApa
Son xəbərlər
Digər xəbərlər