11 C
Baku
Tuesday, November 5, 2024

XİN: Minsk Qrupunu “reanimasiya” cəhdləri ABŞ-ın normallaşma prosesindən uzaqlaşması ilə nəticələnə bilər”

“Faktiki olaraq fəaliyyət göstərməyən Minsk Qrupunun “reanimasiya” edilməsi cəhdləri ABŞ-ın Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması prosesindən uzaqlaşması ilə nəticələnə bilər”.

Bunu Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva ABŞ Dövlət katibi Antoni Blinkenin 24 avqust tarixli mətbuat bəyanatını şərh edərkən deyib.

“Qarabağ münaqişəsi həll olunub və Qarabağ Azərbaycanın ayrılmaz tərkib hissəsidir. Beynəlxalq ictimaiyyət, o cümlədən tərəfdaşlarımız anlamalıdır ki, Azərbaycan Ermənistan münasibətlərinin normallaşması üzrə danışıqların Qarabağ məsələsi ilə əlaqələndirilməsi heç də normallaşmaya xidmət etmir”, – deyə XİN sözçüsü vurğulayıb.

MənbəApa
Son xəbərlər
Digər xəbərlər