20 C
Baku
Monday, October 7, 2024

XİN rəhbəri: Çin İranla nəqliyyat dəhlizləri üzrə əməkdaşlığı gücləndirməyə hazırdır

İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Əkbər Əhmədian Çin xarici işlər naziri Van İ ilə görüşüb.

Bu barədə IRNA məlumat yayıb.

Görüş Sankt-Peterburq şəhərində keçirilən BRICS-ə üzv ölkələrin təhlükəsizlik iclası çərçivəsində baş tutub.

Tərəflər iki ölkəni maraqlandıran mövzuları müzakirə edib.

“Biz İranın ərazi bütövlüyünü və suverenliyini dəstəkləyirik. Uzun müddətli əməkdaşlıq sazişinə sadiq qalırıq və əməkdaşlıq üçün yeni sahələri nəzərdən keçiririk. Biz nəqliyyat dəhlizləri üzrə əməkdaşlığı gücləndirməyə hazırıq”, – bunu Van İ İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi ilə görüşdə deyib.

Çin XİN rəhbərinin sözlərinə görə, Pekin və Tehranın ortaq çətinlikləri və təhdidləri var: “Buna görə də biz bir-birimizlə əməkdaşlıq etməli və ABŞ-nin İran, Rusiya və Çinə qarşı səylərinin qarşısını almalıyıq”.

MənbəAPA
Son xəbərlər
Digər xəbərlər