11 C
Baku
Sunday, November 17, 2024

XİN rəhbərləri Azərbaycan qazının Bolqarıstana həcminin artırılmasını müzakirə edib

“Mən azərbaycanlı həmkarımı əmin etdim ki, enerji resurslarının və təchizatı mənbələrinin diversifikasiyası Bolqarıstan hökumətinin prioritetləri sırasındadır”.

Banker.az xəbər verir ki, bunu Bolqarıstan xarici işlər naziri Teodora Gençovska Ceyhun Bayramovla görüşdən sonra bildirib.

“Mən xatırlatdım ki, biz Yunanıstanla qaz bağlantısının tikintisinin tezliklə başa çatacağını gözləyirik ki, daha sonra Bolqarıstan üçün Azərbaycanla razılaşdırılmış təbii qazın həcmini tam reallaşdıra bilək”, – Gençovska əlavə edib.

Nazir qeyd edib ki, Bolqarıstan tərəfi Azərbaycandan işgüzar nümayəndə heyətinin ölkəyə səfərini təşkil etməyə hazırdır.

Bolqarıstanlı nazir iki ölkə arasında turist axının artırmaq üçün Sofiya-Bakı birbaşa uçuşlarının bərpa olunmasının vacibliyini vurğulayıb.

MənbəApa
Son xəbərlər
Digər xəbərlər