Rusiya ABŞ-la dialoqu dayandırmayıb, o cümlədən nüvə məsələlərində.
Bunu Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov bildirib.
“Birinci Kanal”da yayımlanan “Böyük oyun” proqramının efirində nüvə məsələləri üzrə təmasları şərh edərkən rusiyalı diplomat ölkəsinin ABŞ-la dialoqu, o cümlədən nüvə mövzusunda dialoqu dayandırmadığını söyləyib.
Ryabkov bildirib ki, Rusiya “SNV” (Strateji silahların azaldılması müqaviləsi) üzrə ABŞ-la dialoqun davam etdirilməsinə ümid edir.
“Rusiya Federasiyası “SNV” müqaviləsinin xüsusiyyətlərinə dair dialoqu davam etdirir, bəlkə də bu sahədə bu günə qorunub saxlanılan, nisbi proqnozlaşdırıla bilənliyi və sabitliyi təmin edən yeganə alətdir. Ümid edəcəyik ki, bu sahədə sağlam düşüncə qalib gələcək, bu mövzuda dialoq davam edəcək. Bizim müxtəlif istiqamətlər üzrə təmaslarımız qalır”, deyə rusiyalı diplomat vurğulayıb.