®Quru sərhədləri vasitəsilə Azərbaycan Respublikasına daxil olmalarına icazə yalnız Türkiyədə təhsil alan Azərbaycan vətəndaşlarına verilib.
Bunu Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat xidməti idarəsinin rəisi Ayxan Hacızadə deyib.
Ayxan Hacızadə bildirib ki, bu qərar Türkiyədə ikinci semestrdə təhsilin distant qaydada həyata keçirilməsi ilə bağlıdır: “Təhsilin ikinci semestrdə distant qaydada keçirilməsi ilə bağlı qəbul edilmiş qərara görə hazırda həmin ölkədə subbakalavr, bakalavr, magistratura, doktorantura və rezidentura təhsili alan Azərbaycan vətəndaşları və onların birinci dərəcəli ailə üzvlərinin (ata/ana, ər/arvad, övladlar) tələbə biletini təqdim etməklə zəruri icazə olmadan 2023-cü ilin 10 may tarixinədək quru sərhədləri vasitəsilə Azərbaycan Respublikasına daxil olmalarına icazə verilib. Bu qərar digər ölkələrdə təhsil alan tələbələrə şamil edilmir”.