Dövlət Turizm Agentliyi yeni layihə-smeta sənədlərinin hazırlanması üçün tender elan edib
Banker.az xəbər verir ki, Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyi tərəfindən “Xınalıq və Köç Yolu” Dövlət Tarix-Mədəniyyət və Etnoqrafiya Qoruğunda mühüm infrastruktur layihəsinin icrasına başlanılır.
Agentlik qoruq ərazisində mövcud olan tikilinin inzibati bina kimi yenidən qurulması (əsaslı təmiri) və yeni muzey binasının tikintisi üzrə layihə-smeta sənədlərinin hazırlanması məqsədilə açıq müsabiqə elan edib.
Ehtimal olunan qiymət isə 86 025 manat təşkil edir.







