Xırdalan dairəsi ətrafında yol hərəkətinin təşkili yenidən qurulacaq.
Dəyişiklik Bakının Baş Planına uyğun olaraq həyata keçiriləcək. Məqsəd Bakı-Sumqayıt yolunda, xüsusilə gün pik saatlarda yaranan tıxacların qarşısını almağa hesablanıb.
Ekspert deyir ki, aidiyyəti qurumlar tərəfindən ərazidə təhlillər aparılıb və dəyişikliyin edilməsi qərarı verilib.
Bəs Xırdalan dairəsində hansı dəyişiklik ediləcək?
Bu dəyişiklikliklə nəqliyyat axını normallaşacaq, hərəkəti daha təhlükəsiz və sürətli olacaq. Nəticədə Bakı-Sumqayıt yolundakı sıxlıq tarixə qovuşacaq.






