Xırdalana metro xətti çəkilməyəcək

Bakı metrosunun Xırdalan şəhərinə qədər olan istiqamətində metro xəttinin inşası nəzərdə tutulmur.

Bunu Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, artıq Xocəsən stansiyası istifadəyə verilib: “Bu stansiya Xırdalan şəhərinə və digər şəhərətrafı ərazilərə yaxındır. Bu da nəzərə alınmalıdır ki, Xırdalan şəhərinin içərisində metro stansiyasının inşası üçün uyğun istiqamət yoxdur”.

MənbəAPA
Son xəbərlər
Digər xəbərlər