6 C
Baku
Thursday, January 1, 2026

Xırdalanda avtomobil yollarının əsaslı təmiri üçün 3 milyon manat ayrılıb – Sərəncam

Azərbaycan Respublikasının Prezidenti Xırdalan şəhərində avtomobil yollarının əsaslı təmiri ilə bağlı sərəncam imzalayıb.

Sərəncamda bildirilir ki, Xırdalan şəhərində ümumi uzunluğu 5,4 kilometr olan Nizami, Hacı Zeynalabdin Tağıyev, Səttar Bəhlulzadə və Qalubiyyə küçələrinin əsaslı təmiri məqsədilə Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə 3,0 (üç) milyon manat ayrılsın.

Son xəbərlər
Digər xəbərlər