16 C
Baku
Sunday, May 19, 2024

Xırdalandan Bakı istiqamətində xüsusi avtobus zolağı çəkilə bilər

Xırdalandan Bakı şəhəri istiqamətində xüsusi avtobus zolağı çəkilə bilər.

Bu barədə Bakı Nəqliyyat Agentliyinin (BNA) mətbuat katibi Mais Ağayev xüsusi avtobus zolaqları ilə bağlı mətbuat konfransında bildirib.

O qeyd edib ki, paytaxtda xüsusi avtobus zolaqları əvvəl 10 küçədə idisə, sonradan belə küçələrin sayı 17-yə çatdırılıb:

“Eyni zamanda 49 küçə ilə bağlı belə zolağın çəkilməsi nəzərdə tutulub. Bu yolda tıxaclar qabarıq hiss olunur. Biz bununla bağlı təklif vermişik və digər müvafiq qurumların rəyindən sonra həmin ərazidə xüsusi zolağın çəkilməsilə bağlı qərar qəbul olunacaq”.

MənbəReport
Son xəbərlər
 ⁠
Digər xəbərlər