6 C
Baku
Şənbə, Yanvar 22, 2022

“Xızı-Abşeron” Külək Stansiyası hesabına 220 mln kubmetr təbii qaza qənaət ediləcək”

Bu gün təməli qoyulan yeni 240 MVt gücündə “Xızı-Abşeron” Külək Elektrik Stansiyası Azərbaycanın enerji sistemi üçün xüsusi əhəmiyyət daşıyacaq, ildə, təxminən 1 milyard kilovat/saata qədər elektrik enerjisi istehsal edəcək, bunun nəticəsində 220 million kubmetr təbii qaza qənaət ediləcək və 400 min ton karbon tullantılarının qarşısı alınacaq.

Bu barədə Səudiyyə Ərəbistanının energetika naziri, şahzadə Əbdül Əziz bin Salman Əl-Səudun iştirakı ilə keçirilən mətbuat konfransında Azərbaycanın energetika naziri Pərviz Şahbazov deyib.

“Dövlət başçısı tərəfindən Azərbaycan enerji sisteminin qarşısında belə bir hədəf qoyulub – 2030-cu ilə qədər bizim generasiya güclərinin 30 %-i alternativ, yəni bərpaolunan enerji mənbələri olacaqdır və ona görə də bu istiqamətdə bir sıra konkret addımlar atılır ki, bugünkü layihə də həmin istiqamətdə görülən işlərdən biridir.

Bu gün “ACWA Power” ilə eyni zamanda Xəzərdə külək potensialının inkişafı sahəsində görüləcək işlərə dair imzalanmış Anlaşma Memorandumu da əlbəttə ki, yenə də bu istiqamətdə atılan daha bir addımdır.

Qeyd edək ki, “Xızı-Abşeron” Külək Elektrik Stansiyasını Səudiyyə Ərəbistanı Krallığının “ACWA Power” şirkəti inşa edəcək. Bu gün Azərbaycana yatırılan 300 milyon ABŞ dollara yaxın sərmayə “ACWA Power” şirkətinin Səudiyyə Ərəbistanı hüdudlarından kənarda qoyduğu ən iri sərmayədir. Bu enerji stansiyasının gücü külək hesabına əldə olunan 240 meqavat olacaq ki, bunun da sayəsində 300 min evin elektrik enerjisi təmin ediləcək.

 

 

Son xəbərlər
Oxşar xəbərlər