7 C
Baku
Tuesday, March 10, 2026

Xocalı kəndlərinin elektrik şəbəkəsi 8.1 milyon manata yenilənəcək

“Azərişıq” Xocalının 8 kəndində elektrik şəbəkəsinin yenilənməsi üçün müsabiqə elan edib.

Banker.az xəbər verir ki, “Azərişıq” Açıq Səhmdar Cəmiyyəti Xocalı rayonunun bir neçə yaşayış məntəqəsində elektrik şəbəkəsinin yenilənməsi ilə bağlı müsabiqə elan edib.

Məlumata görə, layihə çərçivəsində Almalı, Mehdibəyli, Aşağı Qılıçbağ, Çanaqçı, Pirlər, Dağyurd, Qarabulaq və Qarakötük yaşayış məntəqələrinin xarici və daxili elektrik şəbəkəsinin 35 və 0,4 kV-luq ÖİN şəbəkəsi ilə tam yenilənməsi nəzərdə tutulur.

Müsabiqənin ehtimal olunan qiyməti 8 milyon 107 min manat təşkil edir.

Son xəbərlər
Digər xəbərlər