Xocalı qətliamının iştirakçısı Qasparyan öldü

Ermənistan ordusunun “Qara Qaplan” könüllü dəstəsinin komandiri Rüstəm Qasparyan bu gün müalicə aldığı xəstəxanada ölüb.

Erməni mətbuatına istinadən xəbər verilir ki, o, ağır qəlpə yarası aldıqdan sonra Xankəndindən İrəvana aparılmışdı.

Xatırladaq ki, o Qarabağ müharibəsi zamanı Xocalıda törətdiyi qətliama görə Ermənistan hökuməti tərəfindən təltif edilmişdi. Həmçinin yaxın günlərdə Qasparyanın 29 yaşlı oğlu hazırki döyüşlərdə Azərbaycan Orusu tərəfindən məhv edilib.