12 C
Baku
Sunday, November 17, 2024

Xocalı qatili Seyran Ohanyanın oğlu da Qarabağda yaralanıb

Ermənistanın keçmiş müdafiə naziri, Xocalı qatili Seyran Ohanyanın oğlu Artur Ohanyan Qarabağda gedən döyüşlərdə yaralanıb.

Bu barədə “Sputnik Armenia”ya  xəbər verir ki, Seyran Ohanyanın vəkili Karen Mejlumyan informasiyanı təsdiqləyib.

“O, xəsarət alıb və xəstəxanalardan birindədir. Başqa təfərrüatları açıqlaya bilmərəm”, – Mejlumyan deyib.

Qeyd edək ki, dünən Seyran Ohanyanın da Şuşa ətrafında gedən döyüşlərdə ağır yaralanması xəbəri yayılıb.

Son xəbərlər
Digər xəbərlər