Dövlət Şəhərsalma və Arxitektura Komitəsi “Azərdövlətlayihə” Dövlət Baş Layihə İnstitutu ilə 1.6 milyon manatlıq 3 müqavilə bağlayıb.
Banker.az xəbər verir ki, 1-ci müqavilədə Xocavənd şəhərinin baş planının hazırlanması nəzərdə tutulur. Müqavilənin dəyəri isə 509.760 AZN-dir.
2-ci müqavilə Xocavənd şəhərinin baş planının hazırlanması barəsindədir. Müqavilənin məbləği 469.286 AZN-dir.
3-cü müqavilə Xocalı şəhərinin baş planının hazırlanmasından ibarətdur. Bu müqavilənin məbləği isə 649.590 AZN təşkil edir.