“Azərişıq” ASC “Smart Energy Services” MMC ilə 4.4 milyon manatlıq müqavilə bağlayıb.
Banker.az xəbər verir ki, müqavilədə “Xocalı rayonu, Əsgəran yaşayış məntəqəsi ərazisində yeni 35 kV-luq “Əsgəran” yarımstansiyasının tikintisi və şəbəkə ilə əlaqələndirilməsi” işlərinin satın alınması nəzərdə tutulur.
Müqavilənin dəyəri isə 4 443 292 manatdır.