“Azərişıq” Açıq Səhmdar Cəmiyyəti (ASC)Xocalı rayonunun bir neçə yaşayış məntəqəsinin xarici və daxili elektrik şəbəkələrinin tamamilə yenidən qurulması üçün podratçı şirkəti müəyyən edib.
Banker.az xəbər verir ki, satınalma müsabiqəsinin nəticələrinə əsasən, Xocalı rayonunun Almalı, Mehdibəyli, Aşağı Qılıçbağ, Çanaqçı, Pirlər, Dağyurd, Qarabulaq və Qarakötük yaşayış məntəqələrinin xarici və daxili elektrik şəbəkəsinin 35 və 0,4 kV-luq ÖİN (Özünüdaşıyan İzolyasiyalı Naqillər) şəbəkəsi ilə tamamilə yenidən qurulması işlərini “Harmony İndustrial Construction and Engineering Group” Məhdud Məsuliyyətli Cəmiyyəti icra edəcək.
Tərəflər arasında bağlanmış satınalma müqaviləsinin ümumi dəyəri 7 880 420 manat təşkil edir.







