Xocasən qəsəbəsi sakinlərinin nəzərinə- Metro inşa edilir

Xəbər verdiyimiz kimi, Xocasən qəsəbəsinin ərazisində metronun “Xocasən” deposunu inşa edilir. “Xocasən” deposunda sərnişin platforması da olacaq.

“Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov ətraf ərazilərdə yaşayan sərnişinlər  “Avtovağzal” stansiyasına daha rahat gələ biləcəklər.

Qeyd edək ki, bundan başqa, ikinci – “Dərnəgül” deposunun da inşası davam etdirilir.

Hər iki deponun inşasının beş il müddətində aparılması nəzərdə tutulub. “Dərnəgül” deposu mövcud, digəri isə inşa olunacaq yeni xətlərə xidmət göstərəcək. Bundan başqa, elektrik depoları əsaslı təmir, indiki qulluq və saxlanma üçün nəzərdə tutulub.

©Redaktor.az


Kredit müraciəti

Sizin müraciətiniz banka göndərildi.

24 saat işləyən filiallar 24 saat işləyən exchangelər Şənbə günü işləyən bank filialları